Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, "Nissan Maxima" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Avtomobildə üç nəfər gənc qadın olub.
Qeyd edək ki, qəza nəticəsində heç kim xəsarət almayıb.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.