top
Qaçaq Nəbi ilə Həcərin həyatını yaşayan şabranlı CÜTLÜK – FOTO
25 fevral 2025, 10:06
- ↺ +

Qaçaq Nəbi ilə Həcərin həyatını yaşayan şabranlı CÜTLÜK – FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəbinin bığları  eşmə-eşmədi,

Papağı güllədən deşmə-deşmədi.

Nəbinin atını heç at keçmədi,

Qoy sənə desinlər ay qaçaq Nəbi,

Həcəri özündən qoçaq ay Nəbi.


Məşhur dastandan olan bu bir bənd şeir Şabranın Zeyvə kəndindən olan, bu günlərdə 98 yaşı tamam olan Zülfüqar babaya və ömür-gün yoldaşı, 95 yaşlı Bahar nənəyə aid edilir. Qaçaq Nəbi ilə Həcərin həyatını Zülfüqar və Bahar Novruzovlar 1988-ci ildə Ermənistandan məcbiri qaçaq düşməklə yaşayıblar.

Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Hollavar kəndindən Azərbaycana pənah gətirən Novruzovlar cütlüyü Şabran rayonunun Zeyvə kəndində məskunlaşıblar. Zeyvə kəndində eşmə bığları və zəhmətkeşliyi ilə tanınan Zülfüqar baba mal-qara saxlamaqla məşğul olub. 

Bu kənddə yerli əhali ilə qaynayıb qarışan Zülfüqar Növruzov Həcərə bənzətdiyi Bahar xanımla nə az, nə çox, düz 10 övlad - 7 qız, 3 oğul böyüdüblər.

Övladları bu günlərdə valideynlərinə gözəl bir sürpriz ediblər. 

Bizim.Media-nın məlumatına görə, Növruzovların ailə qurmalarının 75 illiyi münasibəti ilə cütlüyün ovladları və nəvələri onlara Qərbi Azərbaycan adət-ənənəsi ilə “şah” toyu ediblər. Bu barədə onların qızı Pərişan Məmmədova danışıb:

“Atamla anam şəhərdə yaşamağı sevmirlər. Kəndi, orada iş-güc görməyi çox sevirlər. Onları Bakıya güclə, xahişlə-minnətlə gətirə bildik. 4 gün əvvəl atamla anamı geyimli-kecimli birbaşa şadlıq evinə gətirdik".

Toya təkcə doğmaları deyil, həmkəndliləri, yaxınları, tanınmış aşıq və incəsənət ustaları, musiqiçilər də dəvət olunub. Bir sözlə cütlüyə şaha layiq şənlik keçirilib.

Nəvəsi Salatın Məmmədovanın sözlərinə görə cütlük onların bu təşəbbüsünə çox sevinib: 

“Nənəmlə babam çox sevindilər, kəndlilərimizi gördülər, söhbətləşdilər. Hazırda hava şəraitinə görə Bakı şəhərində olan "şah" toyunun səbəbkarları Şabrana qayıda bilmirlər. Amma kəndə qayıdacaqları günü çox gözləyirlər, çünki mal-qaranı qonşuya tapşırıb gəliblər. İnanmazsınız, 95 yaşlı Bahar nənəm bayatı zümzümə edə-edə bu yaşında inəyi  özü sağır, iynəni özü saplayır, eynəkdən istifadə etmir", - deyə Salatın xanım əlavə edib.

Evliliklərinin 76-cı ilinə qədəm qoyan Zülfüqar və Bahar Novruzovların 10 övladından 50 nəvə və 35 nəticələri var. Cütlüyün ən böyük arzusu isə 100 yaşları tamam olanadək doğma Böyük Qarakilsəyə, doğulduqları Hollavara getməkdir. Bunun üçün Qərbi Azərbaycan icmasından və ən əsası ölkə başçısından şad xəbər gözləyirlər. 

Onu da qeyd edək ki, yaşlıların “şah” toyunda həmçinin Zülfüqar və Bahar Novruzovların qızının 65, nəvəsinin isə 35 yaşı da qeyd olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər