Xaçmaz rayonunun Qırağlı kəndində 32 yaşlı qadın yaşadığı evin hamam otağında ölü tapılıb.
Shimal.News xəbər verir ki, Qəbələ rayon sakini, Mehriban Sərdar qızı Qafarlının dəm qazından boğularaq öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.