top
Prezident qusarlı gənci TƏLTİF ETDİ
31 yanvar 2026, 10:00
- ↺ +

Prezident qusarlı gənci TƏLTİF ETDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı il üzrə Gənclər üçün Prezident mükafatı verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Mükafata layiq görülənlərdən biri də Sərxan Əbülfət oğlu Ağadadaşovdur.

"1999-cu il avqustun 4-də Qusar şəhərində anadan olmuşam. Orta təhsilimi Qusar şəhər 1 saylı tam orta məktəbində almışam. 2016-cı ildə Azərbaycan Aviasiya Akademiyasının Hava Hərəkətinin İdarə Olunması mühəndisliyi ixtisasına qəbul olmuşam. 2020-ci ildə bakalavr, daha sonra isə magistratura pilləsini eyni ixtisas üzrə bitirmişəm.

2023-cü ildən Aviasiya Akademiyasının doktoranturasında təhsil alıram. Eyni zamanda Akademiyanın Pilotlu Uçuş Aparatları (PUA) laboratoriyasında qrup rəhbəri və müəllim kimi fəaliyyət göstərirəm.

2020-ci ildən, xüsusilə Vətən müharibəsi dövründən başlayaraq, PUA-ların istehsalı və təmiri sahəsində çalışıram. Hazırda "Sinam" şirkətində aparıcı mühəndis kimi fəaliyyətimi davam etdirirəm", - S.Ağadadaşov özü haqqında məlumat verib.

O qeyd edib ki, bu, cənab Prezident tərəfindən təltif edildiyi ikinci mükafatdır:

"İlk mükafatı 2022-ci ildə "Teknofest" yarışmasında birinci yerə layiq görüldüyümüz üçün almışdıq. Ən sevindirici məqam ondan ibarətdir ki, PUA sahəsi Azərbaycan üçün nisbətən yeni olsa da, bu istiqamətdə görülən işlər dövlət tərəfindən yüksək qiymətləndirilir. Bu isə bizi daha böyük layihələrə həvəsləndirir.

Əsas məqsədimiz Azərbaycanda güclü texnoloji mərkəzin formalaşmasına töhfə verməkdir. Necə ki, ABŞ-də Silikon Vadisi mövcuddur, biz də ölkəmizdə bu tip innovasiya ekosistemi yaratmaq istəyirik. Planlarımız PUA istehsalını genişləndirmək və yaxın gələcəkdə Azərbaycanda böyük istehsalat müəssisəsi qurmaqdır".

Mənbə: azedu

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər