top
Nərgiz xala qubalı qızı “Zil” sürməyə həvəsləndirib
02 fevral 2023, 10:51
- ↺ +

Nərgiz xala qubalı qızı “Zil” sürməyə həvəsləndirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimal bölgəsində ilk avtomobil sürən qadınlardan biri əvvəlcə “Zil”, sonra avtobus sürücüsü olub. Bu barədə ShimalNews 2 fevral tarixində Azərtac-a istinadən məlumat verir.

68 yaşlı Nuriyyə Abdullayeva Quba rayonunun 2-ci Nügədi kəndində yaşayır:
“Əhməd haradadır?” filmindəki Nərgiz xalanın yük maşını sürməyini görəndən sonra qərar verdim ki, mən də sürücü olacağam. Valideynlərim məni müxtəlif yollarla fikrimdən döndərməyə çalışsalar da, arzularımın arxasınca getdim. 1975-ci ildə Bakıda sürücülük məktəbinə yazıldım. İki yüz oğlanın arasında bircə qız mən idim. Altı aylıq kursdan sonra imtahandan uğurla keçib sürücülük vəsiqəmi aldım”.

N.Abdullayevanın 20 yaşı olarkən o, sürücülüyə “Zil” markalı yük avtomobili ilə başlayıb:

“Sürücülük vəsiqəmi aldıqdan sonra ilk iş yerim Quba Avtomobil Bazası oldu. “Zil” maşını ilə, əsasən, meyvə-tərəvəz məhsulları, yük daşıyırdım. Sonra təzə “Volqa”da taksi fəaliyyətinə başladım. İndi qadın sürücülər çoxdur. O vaxt isə məni bütün Qubada tanıyırdılar. 3-4 il taksi sürücüsü işlədim. Sonra Riqa (Latviya) şəhərinə gedib, oradan təzə “RAF” markalı mikroavtobus gətirdim. Quba-Nügədi marşrutu üzrə sərnişin daşıyırdım. Bir müddət sonra “RAF”-ı “QAZel”lə dəyişdim. İndi özüm sahibkaram. Hazırda Quba-Nügədi marşrutu üzrə 4 avtobusumuz fəaliyyət göstərir. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm”.

Sürücü olmaqla yanaşı, sahibkar xanım vaxtı ilə toy operatoru kimi də tanınıb. O, düz 15 il  məclislərdə operator kimi fəaliyyət göstərib. Amma avtomobil sürmək onun üçün bütün məşğuliyyətlərdən önəmli qalıb.

Nuriyyə xanımın sözlərinə görə, 50 ilə yaxın müddətdə o, qəza törətməyib. Hadisələrin əsas səbəbinin isə yüksək sürətdə olduğunu söyləyir.

[caption id="attachment_35971" align="alignnone" width="640"]Nərgiz xala qubalı qızı “Zil” sürməyə həvəsləndirib Foto Azərtac[/caption]


 











View this post on Instagram























 

A post shared by SHIMAL NEWS (@shimal.news)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər