top
Nabranın sakitliyini pozan quldurluq - 65 minlik zinət əşyaları, 12 il cəza
02 may 2025, 11:01
- ↺ +

Nabranın sakitliyini pozan quldurluq - 65 minlik zinət əşyaları, 12 il cəza

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində quldurluq edən Hikmət Yusifovun (soyadı şərtidir) apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın məlumatına görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü il oktyabrın 2-də saat 19:20 radələrində zərərçəkmiş Nadejda Polkovnilcovanın yaşadığı Xaçmaz rayonu, Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hikmət Yusifov Nabranda yerləşən “Maral göl” istirahət mərkəzindən şərq istiqamətində 500 metr aralı məsafədə yerləşən evin həyətinə hasardan keçib. Sonradan tanınmamaq üçün əynində olan gödəkçənin papağını burnunun üstünədək çəkərək həyətdə olan zərərçəkmiş şəxsi arxadan tutub, zor tətbiq edib, birlikdə evə qanunsuz girib. Sonra Hikmət qadını qəsdən irəli itələyərək yıxıb. O, dəmir parçası ilə zərərçəkmişə hədə-qorxu gələrək evdə olan pulun və qızıl-zinət əşyalarının ona verilməsini tələb edib. Nadejda da pul və qızıl-zinət əşyalarını saxladığı yeri göstərib. Sonra Hikmət yataq otağından ümumi dəyəri 65 min 135 manat məbləğində qızıl-zinət əşyalarını və qadına məxsus telefonu quldurluq yolu ilə ələ keçirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hikmət Yusifov məhkəmədə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2011-ci ildə Rusiyada iki dəfə narkotik vasitədən istifadə etdiyinə görə tutulub və 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gələrək anası ilə yaşayıb. Daha sonra evi satıb, pulu qardaşı ilə bölüşdürüb. Yay aylarında Nabranda istirahət edib. Zərərçəkmiş şəxslə qonşu olub.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər