Qubada Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Qafqaz nümayəndəliyinin rəhbəri və üzvləri ilə görüş keçirilib.
Shimal.News xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondu Qafqaz nümayəndəliyinin (WWF) rəhbəri Giorgi Sanadiradze, Qafqaz üzrə ekoloji portfolio (kfW) meneceri Frank Moerscel, layihə komandasının üzvləri Jernej Stritih və Xəyyam İsmayılov respublikamızda keçirilən dünyanın ən irimiqyaslı tədbiri - COP29 ilə bağlı ölkəmizə gəliblər, eləcə də tədbir çərçivəsində Qubaya səfər ediblər.
Görüşə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri qatılıblar.
Qonaqlarla ölkəmizdə keçirilən irimiqyaslı layihələrdən, yaradılan ekoloji dəhlizlərdən, həmçinin təbiətin mühafizəsi sahəsində görülən konkret işlərdən danışılıb.