Quba və Şabranda meşə ərazilərində iməciliklər keçirilib.
ShimalNews xəbər verir ki, “Təmiz ölkəm” devizi altında baş tutan təmizik işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri, rayon sakinləri və könüllüləri iştirak edib. Meşələrdən toplanan tullantı yığılaraq ərazilərdən daşınıb.
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təşkil edilən aksiyalar insanlarda ekoloji məsuliyyət hissinin yaradılması və tullantıların düzgün idarə olunması məqsədi daşıyır.