Qusar rayonun Laza kəndində qəzalı vəziyyətdə olan körpüyə baxış keçirilib.
Shimal.News məlumat verir ki, İH başçısı Sahir Məmmədxanov və sakinlər həmin körpü və digər çətinliklərini müzakirə ediblər.
Ötən il iyulun 29-da kəndə gələn sel səbəbindən körpü çöküb. Nəticədə kənddəki sərhəd zastavasına və kəndin otlaq sahələrinə getmək çətinləşib.