Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir.
Shimal.News xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İddialara görə, ötən il oktyabrın 14-də İlhamə Hacıyeva tərəfindən tibb işçilərinin “WhatsApp” qrupuna bu cür mesaj göndərilib:
“Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq".
Məlumata əsasən, bu müraciətdən sonra mübahisələr yaranıb və “WhatsApp” qrupu İlhamə Hacıyevanın göstəriş ilə bağlanıb.
Qeyd edək ki, İlhamə Hacıyevanın Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyevin həyat yoldaşı olması və xəstəxanın aptek bölməsində çalışdığı bildirilir.
