Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I-IX sinif şagirdləri arasında “Kitabdan səhnəyə” adlı məktəb tamaşasının region turu keçirilib.
Shimal.News xəbər verir ki, şagirdlər hazırladıqları səhnəciklərlə məktəblərini uğurla təmsil ediblər.
Layihənin məqsədi şagirdlərin oxuduqları ədəbi əsərləri dərindən mənimsəmələrinə, ədəbiyyat və teatr sənəti sahəsində yaradıcı bacarıqlarının inkişafına, eləcə də personaj və hadisələrin teatr səhnəsində canlandırılması vasitəsilə qrup halında əməkdaşlıq etmə bacarıqlarının gücləndirilməsinə şərait yaratmaqdır.
