Kənd təsərrüfatı naziri Xaçmazda sakinləri qəbul edəcək. Bu barədə ShimalNews 6 yanvar tarixində nazirliyə istinadən məlumat verir.
12 yanvar tarixində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşlar İnam Kərimovla görüşə bilərlər. Qəbul zamanı sakinlər nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri və məsələləri səsləndirə bilərlər.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.
Qəbul 12 yanvar saat 09:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutacaq.