top
İtkin düşən xaçmazlı şəhidin həyat yoldaşı: “Sağ gələcəyini gözləyirdik”
17 iyul 2025, 12:23
- ↺ +

İtkin düşən xaçmazlı şəhidin həyat yoldaşı: “Sağ gələcəyini gözləyirdik”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qaynanam Əzimə xanım 8 ay bundan əvvəl vəfat edib. Son dəqiqəsinəcən o, Məzahirdən bir xəbər gözləyirdi, çünki Vətən Müharibəsindən sonra ailədə doğmalarının hamısından DNT analizi götürülmüşdü. Hamımız ümid edirdik ki, Məzahir illər sonra evimizə sağ-salamat gələr. Amma sümüklərinin tapılması xəbəri gəldi".

Bizim.Media-nın məlumatına görə, bu sözləri Birinci Qarabağ müharibəsi şəhidi Məzahir Kərimovun həyat yoldaşı Nəzakət Kərimova deyib.

Ağdərədə sümüklərinin qalığı tapılan Məzahir Kərimov 1994-cü il yanvarın 28-də könüllü olaraq Qarabağ döyüşlərinə qatılıb, Murovdağda xidmət edib. Uzun müddət ondan heç bir xəbər olmayıb. On gün əvvəl onun və qaynı Aslan Kərimovu Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına dəvət ediblər. Həmin görüşdə Kərimovlara Məzahirin sümüklərinin tanınması, doğmalarından alınan DNT analizinin köməyi ilə şəxsiyyətinin təsdiqlənməsi barədə məlumat verilib.

Nəzakət Kərimova deyir ki, itkin şəhid Məzahir Kərimovla 1990-cı il oktyabr ayının 27-də ailə həyatı qurduğunu dedi.

O cəbhəyə gedənəcən 2 qız övladı doğulub. Hazırda nəvələri də var. Nəzakət Kərimova artıq qızları Sevinlə Zülfiyyənin ailəli olduqlarını deyib.

Bildirdi ki, Zülfiyyənin 2 yaşlı oğlu itkin şəhid babası Məzahirin adını daşıyır.

Onun sözlərinə görə, 31 ildən sonra həyat yoldaşının sümüklərinin qalığının tapılması onların gözünü yollardan yığdı:

"Sağ gələcəyini gözləyirdik. Amma həyatda olmasa da barəsində xəbər çıxması ailəmizin intizarına son qoydu. Bu işdə əməyi olan bütün dövlət qurumlarına ailəmizin minnətdarlığını bildirirəm" - deyən itkin şəhid Məzahir Kərimovun xanımı Nəzakət Kərimova vurğulayıb.

Qarabağ döyüşlərinin itkin şəhidi sabah Xaçmaz rahonunun Usta Cəlilli kənd qəbristanlığında torpağa tapşırılacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər