Quba-Bakı yolunun 152-ci km-də, Qaraçay kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, armudla dolu "Qazel" markalı yük avtomobili idarəetməni itirərək aşıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisəyə səbəb kimi avtomobilin qarşısına qəfil it çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
