Bayram günlərində vətəndaşların istirahətini daha maraqlı və faydalı etmək, ekoloji şüurun artırılmasına dəstək olmaq məqsədilə milli parklarda müxtəlif tədbirlər təşkil olunub.
Shimal.News məlumat verir ki, Şahdağ Milli Parkını ziyarət edən turistlər üçün Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindən donmuş şəlaləyə gəzinti təşkil olunub. Şirvan və Ağgöl Milli Parklarında isə teleskopla quşlar müşahidə olunub.