İsmayıllının kənd sakinləri lazımi sayda bankomatların olmamasından əziyyət çəkirlər. Bu barədə ShimalNews 16 iyun tarixində məlumat verir.
Cülyan, Talıstan, Gəndov və digər kəndlərdə maaş və təqaüdlərin alınması üçün müvafiq ATM-lər yoxdur. Sakinlər uzaq məsafələr qət etməli, yaxud digər bank xidmətlərinə görə əlavə ödənişlər eləməli olurlar.