İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirəcək. Bu barədə ShimalNews 8 may tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Görüş mayın 11-i saat 15:00-da Göytəpə kənd tam orta məktəbinin inzibati binasında baş tutacaq. Vətəndaşlar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət edə bilərlər.