İsmayıllının icra başçısı vətəndaşlarla növbəti görüş keçirib. Bu barədə ShimalNews 5 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Səyyar qəbul Uştalqışlaq kəndində baş tutub. Görüş zamanı Nahid Bağırov sakinlərin müraciət və təkliflərini fərdi şəkildə dinləyib. İcra başçısı qaldırılmış məsələlərin operativ həllinin vacib olduğunu bildirib.
Tədbirdə RİH-nin əməkdaşları, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.