İsmayıllıdan olan məktəbli ABŞ-də keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək. Bu haqda 17 iyun tarixində ShimalNews sosial şəbəkəyə istinadən məlumat verir.
Kompüter sahəsində Nyu-York şəhərində baş tutacaq konfransa Emil Ağamirzəyev də qatılacaq. O, Talıstan kənd tam orta məktəbinin 8-ci sinif şagirdidir.
Daha öncə vunderkindin Danimarkada təhsilini davam etdirəcəyi barədə məlumat vermişdik.