İsmayıllıdan olan tələbə Respublika İfa Müsabiqəsinin qalibləri arasındadır. Bu haqda 6 may tarixində ShimalNews məlumat verir.
Könül Bəbirli Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı müsabiqənin 3-cüsü olub. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi tələbəsinin iştirak etdiyi yarışmada 2800-ə yaxın gənc iştirak edib.
Sonda qaliblər Elm və Təhsil Nazirliyinin fəxri fərmanları və hədiyyələri ilə təltif edilib.
İsmayıllı: gənc Respublika Müsabiqəsinin 3-cüsü olub