İsmayıllı rayonunda süd və süd məhsulları bahalaşıb. Bu haqda 12 aprel tarixində Shimal.news Baku TV-yə istinadən xəbər verir.
Qiymət artımı heyvan yemlərinin qiymətinin baha olması ilə izah edilir. Satıcıların sözlərinə görə, əvvəllər 4-5 manata satılan pendirin qiyməti hazırda 7-8 manat təşkil edir.
Bundan əlavə, inək yağının bir kiloqramı 18 manat, camış yağı isə 20 manatdır.