Quba şəhər sakini damarlarını doğrayaraq intihar edib. Bu barədə ShimalNews 3 mart tarixində Lent.az-a istinadən məlumat verir.
Məlumatına görə, 55 yaşlı Kamran Mürsəliyev yaşadığı evdə həyatına son qoyub. O, özünə xəsarət yetirərək çox qan itirdiyinə görə hadisə yerində ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.