Xaçmaz şəhər Zərifə Əliyeva adına məktəb-liseyin "İngilis dili danışıq klubu"nun şagirdləri Amerika Birləşmiş Ştatlarında 1 il təhsil almaq hüququ qazanıblar.
Shimal.News-un əldə etdiyi məlumata görə, Jalə İlkin qızı Ələskərova və Səbinə Yaşar qızı Şıxəliyeva “FLEX Gələcək Liderlərin Mübadiləsi” proqramından uğurla keçiblər.
“Gənclərimiz 1 il müddətində Amerikada oxuduqdan sonra, informasiya texnologiyaları və hüquq sahələrində təhsillərini xaricdə davam etdirmək istəyirlər”, - deyə Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev bildirib.