top
İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - FOTO
24 mart 2025, 09:47
- ↺ +

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda ən bahalı göbələk növlərindən biri kimi tanınan, el arasında quzuqarnı adlanan göbələyin yığım mövsümü başlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu quzuqarnının bir kiloqramı alıcılara 35-40 manata təklif olunur. Quzuqarnı iki kiloqram quzu əti qiymətinə satılsa da alıcısı var.

Quzuqarnını şimal rayonlarının meşəliklərindən mart ayından başlayaraq may ayınadək toplamaq olar. Bu mövsüm quzuqarnının az olması qiyməti ötən illərə nisbətən daha da bahalaşdırıb.

Quzuqarnı ən dadlı göbələklərdən sayılır. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Meşədə əsasən qovaq ağaclarının altında, sıx kolluqlarda tək-tək bitir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Gün ərzində bir adam meşədən maksimum 3-4 kiloqram quzuqarnı toplaya bilər.

Şabran sakini Fərman Məhsimov hər il meşədən quzuqarnı toplayıb Gəndob-Yalama yolunun kənarında satır. “Quzuqarnını Şabran meşələrindən toplayırıq. Gün ərzində saatlarla bu göbələyi axtarırıq. Bu gün quzuqarnı tolamaq üçün Qusar meşələrinə getmişdim. 3-4 nəfərə cəmi 4-5 kiloqram məhsul yığa bildik. Kol-kosun içində olduğundan tikanlar adamın əllərini zədələyir. Yığılması çətin olduğundan qiyməti də bahadır. Satışda sarı və qara rəngli quzuqarnı var”,- deyə həmsöhbətim söyləyib.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.

“Çox dadlı göbələkdir. Ətdən də dadlı və kalorilidir. Özüm də toplamağı xoşlayıram. Bir saat meşədə axtardıqdan sonra cəmi iki dənə tapa bildim. Quzuqarnını yığmaq çox çətindir. Halaldır bu adamlara ki, bu qədər toplayıb satırlar. Yığılmasının əziyyətinə görə 35-40 manata dəyər. Bu göbələk çox qısa müddətdə olur. Mövsümü cəmi 10-15 gün çəkir. Deyilənə görə bir sıra xəstəliklərə də dərmandır. Bişirilməsi çox sadədədir”,- deyə alıcı Mikayıl Cəbiyev bildirib.

Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzqarnı satanlara rast gəlmək mümkündür. Mövsümün əvvəlində baha qiymətə satılan quzuqarnı aprel ayında nisbətən ucuzlaşır.

Quzu əti qədər dadlı quzuqarnı Azərbaycanda istixana şəraitində yetişdirilmir. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur. Bu göbələyin elmi adı isə “Morchella esculenta”dır.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər