Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ərməki kəndində səyyar vətəndaş qəbulu keçirilib.
ShimalNews xəbər verir ki, görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Qəbuldan sonra İlqar Mahmudov Cəlal Mustafayev adına Yuxarı Digah kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə tanış olub.