Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Shimal.News xəbər verir ki, Qusar, Xaçmaz, Xızı, Siyəzən, Şabran və digər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək.
Hava axınının sürəti 13.9-20.7 m/san təşkil edəcək.