Bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Shimal.News-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 26-28-də Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Balakən, Qax, Şəki, Zaqatala və digər rayonlarda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.