Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mayın 30-da Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək. Onun sürəti 13.9-20.7 m/san təşkil edəcək.