Rusiya Federasiyasından gələn nəqliyyat vasitəsi “Samur” gömrük postunda yoxlanılıb.
Shimal.News xəbər verir ki, Xaçmaz Gömrük İdarəsi əməkdaşları tərəfindən gizlədilən 1066 ədəd müxtəlif markalı elektron siqaretlər üçün maye, ümumi həcmi 7,1 litr olan müxtəlif markalı spirtli içkilər və digər mallar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.