top
Füzulidən Suqovuşana - Xaçmazlı qazinin döyüş yolu
08 oktyabr 2025, 13:50
- ↺ +

Füzulidən Suqovuşana - Xaçmazlı qazinin döyüş yolu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmir Kərimov Vətən müharibəsi başlayanda cəmi beş ay idi hərbi xidmətdə idi. Xaçmazlı döyüşçü Füzuli, Cəbrayıl, Xocavənd, eləcə də Suqovuşanın işğaldan azad edilməsi əməliyyatlarında fədakarlıqla iştirak edib. Döyüşlərin birində ağır güllə yarası alan Əmir göstərdiyi şücaətlərə görə dörd medalla təltif olunub.

Azərtac-ın məlumatına görə, Əmir Şahin oğlu Kərimov 2002-ci il martın 25-də Xaçmaz şəhərində anadan olub. 2008-2019-cu illərdə Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində təhsil alıb.

2020-ci il mayın 5-də müddətli həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 27-dən etibarən torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıqla savaşıb. Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə atıcı, qumbaraatan köməkçisi kimi vuruşub.

Oktyabrın 7-də Füzulinin Qaraxanbəyli kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

“Təlimlərdə iştirak etmişdik. Torpaqlarımızı işğaldan azad etməyə hazır idik. Əvvəlcə Xocavənd rayonunda olduq. Sonra bizim tağım Füzulidə döyüşlərdə iştirak etdi. Qaraxanbəyli kəndinin azad olunması uğrunda döyüşlərdə komandirimiz şəhid oldu. Mən isə qəlpə və güllə yarası aldım. Bir müddət yaralandığım ərazidən çıxmaq mümkün olmadı. Bir gün sonra Füzulinin Əhmədbəyli kəndinə aparıldım. Orada əməliyyat olundum. Sonra da helikopterlə Bakıya gətirildim. Uzun müddət müalicə aldım. Qəhrəman həkimlərimizin sayəsində bu gün ayaq üstə yeriyə bilirəm. Qələbə xəbərini də hospitalda eşitdim. Çox sevindik. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə Əmir Kərimov bildirib.

Əmir 2022-ci ilin yanvarında ordu sıralarından tərxis olunub. İkinci qrup əlildir.

“Füzuli döyüşləri çox ağır oldu. Hər yerdə illərlə möhkəmləndirilmiş beton sədlərə rast gəlirdik. Yüz metr irəliləyirdik qarşımıza yenidən növbəti düşmən səddi çıxırdı. Şiddətli döyüşlərdə ev yadıma düşmürdü. Cəbhədə ailə başçısı komandir, ailənin üzvləri isə döyüş yoldaşların olur. Şəhid döyüş yoldaşlarıma görə çox üzülürəm. Tovuzdan Fərzəliyev Samiq var idi. Yeni evlənmişdi. Onun ailəsi və gələcək karyerası ilə bağlı böyük arzuları var idi. Şəhid olduqdan sonra övladı da dünyaya gəldi. Müharibədən sonra da zabit kimi Vətənə xidmət etmək istəyirdi. Əminəm ki, indi Samiq kimi qəhrəmanların ruhu şaddır”,- deyə Əmir Kərimov söyləyib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əmir Kərimov döyüşlərdə göstərdiyi şücaətlərə görə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər