top
FHN Xaçmazda təlim keçirib
04 avqust 2025, 17:30
- ↺ +

FHN Xaçmazda təlim keçirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhərində taktiki xüsusi təlim keçirilib.

Bu barədə Shimal.News-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimə hazırlıq tədbirlərində və təlimin keçirilməsində nazirliyin Şimal Regional Mərkəzinin, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həmin regionda fəaliyyət göstərən bölmələrinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Təlimə FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (BAXD) üzvləri, Şimal Regional Mərkəzinin və nazirliyin qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri, həmçinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin qüvvələri cəlb olunub.

Dörd günlük təlimin ilk günündə nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini, BAXD-nin komandiri polkovnik Ələsgər Əliyev dəstənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, dövlətimizin diqqət və qayğısı nəticəsində FHN-in xilasetmə qurumları təkcə ölkə daxilində fəlakətlərin nəticələrinin aradan qaldırılması deyil, həm də fəlakətdən zərər çəkmiş digər ölkələrə yardım göstərmək imkanlarına malikdir. Onun sözlərinə görə, respublikamızda və xarici ölkələrdə keçirilən bir sıra təlim və kurslarda yaxından iştirak edən beynəlxalq dəstənin üzvləri qazandıqları bilik və təcrübə nəticəsində humanitar əməliyyatlarda öz vəzifələrini uğurla yerinə yetirirlər.

Təlimin nəzəri hissəsində dəstənin əməkdaşları tərəfindən “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında idarəetmə, koordinasiya, logistika və axtarış-xilasetmə sahəsində standartlar və tərtib olunan sənədlər, “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzinin”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlarda medianın rolu mövzularında təqdimatlar dinlənilib. Təlim iştirakçıları zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin” və “Qəbuletmə-yolasalma Məntəqəsinin” iş prinsipləri, həmçinin humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın həyata keçirilməsində istifadə olunan müasir peyk rabitə vasitələrinin imkanları ilə nəzəri və praktiki şəkildə yaxından tanış olublar.

Təlimin praktiki hissəsində Şimal Regional Mərkəzinin və nazirliyin xilasetmə qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri şərti olaraq şimal regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəlb edilib. Bu məqsədlə qüvvələr hazırlıq vəziyyətinə gətirilib, təyin olunmuş əraziyə yürüş həyata keçirilib, “Əməliyyatlar bazası” qurulub, bölmələrin yerləşməsi üzrə tədbirlər reallaşdırılıb. Pilotsuz uçuş aparatının, akustik axtarış cihazının, termal kamera və digər xüsusi vasitələrin tətbiqi ilə ərazidə yaranmış vəziyyət qiymətləndirilib, əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Eyni zamanda, xilasedicilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb, o cümlədən dağılmaq təhlükəsi olan tikililərin “dayaqvermə” üsulu ilə möhkəmləndirilməsindən sonra, müasir avadanlıqlar tətbiq olunmaqla dağıntılar altından və hündürlükdən xilasetmə tədbirləri həyata keçirilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Yekunda nəzəri və praktik təlimin gedişatı təlimə cəlb edilən şəxsi heyətlə müzakirə olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər