top
FHN: qış mövsümünü və “Yeni il” bayramını yanğınsız başa vuraq
07 dekabr 2023, 15:45
- ↺ +

FHN: qış mövsümünü və “Yeni il” bayramını yanğınsız başa vuraq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qış mövsümünün gəlişi ilə bağlı şəhər və rayon ərazilərində yanğın təhlükəsi artmışdır. Ötən illərin qış fəsillərində baş vermiş yanğınların təhqiqatı zamanı müəyyən edilib ki, yanğınların əksəriyyəti evlərdə quraşdırılan odun və qaz sobalarının düzgün quraşdırılmamasına görə baş verir. Bu haqda ShimalNews 7 dekabr tarixində Şimal Regional  Dövlət Yanğın Nəzarəti İdarəsinə istinadən məlumat verir.

Yanğın hadisələrinin baş verməməsi məqsədilə aşağıdakı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi tələb olunur:

- mənzillərdə quraşdırılan təbii qaz sobası və qaz piltələrinin üzərində iki ədəd qoruyucu ventil (açar) quraşdırmalı;

- qaz sobalarını yandırmazdan əvvəl mütləq qaydada otaqların qapı və pəncərələrini açmalı və sonra qeyd olunan cihazları yandırmalı;

- evlərdə,idarə və müəssisələrdə quraşdırılan və quraşdırılacaq odun və qaz sobalarının tüstü borularının çardağa çıxışını qəti qadağan etməli;

- evdən gedərkən bütün növdə olan elektrik, qaz və digər yanğın törədə biləcək cihazların tam söndürülməsinə nail olmalı;

- sobaların ağ neftlə, benzinlə və digər tez alışa bilən mayelərlə yandırılmasını qəti qadağan etməli;

- sobaların yandırılmasını azyaşlı uşaqlara və onu yandırmağa nabələd olan şəxslərə etibar etməməli;

- bir neçə elektrik cihazını eyni vaxtda cərəyan xəttinə qoşmağı qəti qadağan etməli (bu vəziyyətdə elektrik naqillərində həddindən artıq yüklənmə yaranır ki, bu da sonda yanğına şərait yaradır);

- sobanın və tüstü borularının yaxınlığında paltar qurutmaq, odun yığmaq və digər tez alışa bilən mayelərin saxlanmasına qəti yol verilməməlidir.

Bundan əlavə, qarşıdan gələn “Yeni il” bayramı münasibətilə evlərdə, məktəblərdə, uşaq bağçalarında, kütləvi insan toplaşan obyektlərdə və digər yerlərdə bayram rəmzi olan küknar ağacları - yolkalar qurulur və şənliklər keçirilir. Ağaclar qurularkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl  edilməlidir:

- məktəblərdə, uşaq bağçalarında, klublarda, mədəniyyət evlərində, şəxsi və ictimai yaşayış evlərində və digər yerlərdə quraşdırılacaq yolka şənlik keçiriləcək mənzilin, otağın ortasında tərpənməyən möhkəm dayaq üzərində quraşdırılmalıdır;

- yolkanın ətrafında sərbəst gəzmək və rəqs etmək məqsədilə bir metrdən az olmayaraq dairəvi keçid saxlanılmalıdır;

- yolkaya tez alışan oyuncaq, şam və eləcə də digər təhlükəli bəzək işıqlandırıcı sistemin quraşdırılması qəti qadağan edilməlidir;

- bütün giriş-çıxış yolları, keçidlər, koridorlar, pilləkənlər gediş-gəlişə uyğun olaraq açıq olmalıdır;

- yolka şənliyi keçiriləcək obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilər təyin edilməlidir;

- yeni il şənliyi keçiriləcək obyektlər ən azı iki ədəd təzə doldurulmuş odsöndürən balonla, yanğına qarşı su ehtiyatı və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

- qapalı məkanlarda pirotexniki məmulatlardan istifadə edilməməlidir.

Bütün bunlarla yanaşı, yolkanı işıqlandırarkən yalnız elektrik cərəyanından və zavodda hazırlanmış standarta uyğun elektrik qurğu və cihazlarından istifadə olunmalı, elektrik təsərrüfatı ilə bağlı bütün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır.

Yanğın baş verdikdə 101-ə və ya 112-yə zəng etməyi unutmayın. Hər birimiz çalışmalıyıq ki, 2023-cü ili yanğınsız başa vuraq və 2024-cü ili xoş əhval-ruhiyyə ilə qarşılayaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər