top
Falçı Qubada ev satmaq adı ilə 22 min manat pul mənimsəyib
22 avqust 2024, 21:00
- ↺ +

Falçı Qubada ev satmaq adı ilə 22 min manat pul mənimsəyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba və Bakı rayonlarında yerləşən evlərini satmaqda çətinlik çəkən həkim xanım falçıya üz tutub. “Qafqazinfo”nun məlumatına görə, hazırda məsələ ilə bağlı cinayət işi açılıb.

İstintaq materiallarında yazılıb ki, tanışlarının dediklərini sınamaq qərarına gələn kardioloq xanım Astaranın dağ kəndində yaşayan falçı Alimə üz tutub və ilk andan vahiməyə düşüb.

Alim guya zərərçəkmişin oğlunun gələcəkdə bədbəxt hadisə nəticəsində bıçaqlanacağını görüb. O, gözlənilən bədbəxt hadisənin qarşısını almaq və evlərin satılması üçün yol açmaq adı ilə zərərçəkmişdən ayrı-ayrı vaxtlarda 22 min manat pul alıb.

Uzun müddət falçının dediklərini edən qadın 1 ildən sonra aldadıldığını anlayıb. Onun şikayəti əsasında Alim Əliyev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Məhkəmə ziyanı ödəməsi üçün şans verib, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilib.

Məhkəmədə zərərçəkmiş həkim falçının başına gətirdikləri haqda danışıb. Qadının sözlərinə görə, evin satışı ilə bağlı 10 gün təqsirləndirilən şəxslə birgə Bakıdan Qubaya gedib. İnanırmış ki, falçı evin bəxtini açır:

“Özü də səhər saat 5-də şəhərdən çıxırdıq. O boyda yolu gedirdik, çatan kimi həyətdə fırlanırdı. Quran açırdı. Deyirdi ki, şər qüvvələri götürəcək, evin bəxti açılacaq. Nə bilim gah deyirdi evin yolları bağlıdır, gah deyirdi görünməz qüvvələr evin satışına icazə vermir. Nə isə 10 dəfə bunu götürüb Qubaya apardım. Amma heç bir nəticə olmadı. Sonuncu dəfə telefonla əlaqə yaratdıq. Mənə başına şal bağlanmış şəklini atdı, dedi bu dəqiqə sənin işini həll edirəm. Hissə-hissə ümumilikdə 22 min manat verdim. Həmin pulu istəyirəm”.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədiyini deyib. Dediyinə görə, ona İlahidən vəhy gəlir, Quranda gördüklərini insanlara deyir. O, zərərçəkmişi aldatmadığını, əksinə bağlı yollarını açdığını bildirib.

Hakim falçıya qanunun tələbini izah etdikdən, ziyan ödənilməsə, təqsirli bilindiyi halda onu gözləyən cəzanı dedikdən sonra o, 2 iclas sonra aldığı pulun hamısını zərərçəkmişə ödəyib.

Qarşıdakı iclaslarda bu iş üzrə qərar elan ediləcək. Zərərçəkmişə dəymiş ziyan və rüsum ödənildiyi üçün cinayət işinə xitam verilə bilər.

[caption id="attachment_64403" align="alignnone" width="300"]Falçı Qubada ev satmaq üçün 22 min manat pul mənimsəyib Qafqazinfo[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər