Quba rayonunda Ümumrespublika Təmizlik Marafonu keçirilib.
ShimalNews xəbər verir ki, aksiya Vladimirovka kəndində təşkil edilib. Aksiyalarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, yerli icra nümayəndəlikləri, bələdiyyələr, yerli kommunal müəssisə kombinatlarının nümayəndələri və sakinlər iştirak ediblər.
Tədbir ətraf mühitin qorunması və ictimai yerlərin təmiz saxlanılmasını təbliğ etmək, cəmiyyətin ətraf mühitə qarşı məsuliyyət hissini artırmaq və onları tullantıların düzgün idarə olunmasına təşviq etmək məqsədi daşıyır.