Quba-Qəçrəş yolunda ağaclar məhv edilib. Bu haqda ShimalNews 25 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı yolun 12-ci kilometrliyində müxtəlif cinsli ağacların kökündən çıxarıldığı müəyyən olunub.
Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.