Respublikanın Xızı, Siyəzən, Xaçmaz, Lənkəran rayonlarında, paytaxtın Səbail, Xəzər, Qaradağ rayonlarında, Sumqayıt şəhərində, Xəzər dənizinin sahilboyu ərazilərində növbəti tədbirlər keçirilib.
Shimal.News xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yoxlamalar zamanı məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı təyinatlı suların kənar yerə axıdılması, qadağan olunmuş yerlərdə siqaret çəkilməsi, özbaşına tikinti işləri aparılması, meşə fonduna daxil olmayan ağac və kolların zədələnməsi halları müəyyən edilib.
Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdığına görə 11, qadağan olunmuş yerlərdə siqaret çəkdiyinə görə 4, tullantı təyinatlı suları kənar yerə axıtdığına görə 6, özbaşına tikinti işləri apardığına, ağac və kolları zədələdiyinə görə isə 2 nəfər olmaqla ümumilikdə 23 nəfər barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.