top
Ən çox və az müharibə veteranı olan rayonlar - SİYAHI
12 iyun 2025, 13:06
- ↺ +

Ən çox və az müharibə veteranı olan rayonlar - SİYAHI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə aylıq 80 manat müavinət verilir. Bu barədə 15 aprel 2019-cu ildə Prezident İlham Əliyevin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında sərəncamında bildirilib. Sərəncam həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində iştirak edənlərə şamil olunub. Hazırda ölkə üzrə bu təqaüddən yararlanan 180 min 947 müharibə iştirakçısı var. Bu da o deməkdir ki, hər ay 14 milyon 475 min 760 manat pul müharibə iştirakçılarına sosial müavinət kimi verilir.

Modern.аz saytı müharibə iştirakçılarının ən çox hansı regionlardan olduğunu araşdırıb.

Döyüş əməliyyatlarında iştirak edənlərin böyük hissəsi paytaxtın üzərinə düşür. Belə ki, Bakı şəhəri üzrə 41 min 421 nəfər respublikanın bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxs kimi qeydiyyatdadır. Onların əksəriyyəti Xətai rayonunda yaşayır. Burada 5 min 297 veteran aylıq 80 manat müavinət alır. Bakı üzrə ən az göstərici isə Pirallahdadır. Bu ərazidə 349 döyüş iştirakçısı yaşayır.

Paytaxt üzrə digər göstəricilər

Binəqədi rayonu 5059

Xətai rayonu 5297

Xəzər rayonu 2687

Qaradağ rayonu 3495

Nərimanov rayonu 3369

Nəsimi rayonu 2953

Nizami rayonu 3027

Pirallahı rayonu 349

Sabunçu rayonu 4188

Səbail rayonu 2447

Suraxanı rayonu 4264

Yasamal rayonu 4286

Naxçıvan Muxtar Respublikası üzrə göstəricilər

Muxtar Respublikada ümumilikdə 5988 veteran yaşayır. Ən yüksək göstərici Naxçıvan şəhərində, ən az göstərici isə Sədərək rayonunda qeydə alınıb. Naxçıvan şəhərində aylıq 80 manat müavinət alan veteranların sayı 1208-dir, Sədərəkdə isə bu göstərici 341-dir.

Ölkə üzrə ən çox müharibə iştirakçısı olan rayonlar

Qazax-Tovuz iqtisadi rayonu

Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuzda ümumilikdə təqaüd təyin olunmuş veteranların sayı 19 min 460-dır. Rayonlar içərisində 4882 nəfərlə Qazax müharibə iştirakçısına görə liderdir, bölgə üzrə ən az göstərici isə 3113 nəfərlə Gədəbəydədir.

Qarabağ iqtisadi rayonu

Qarabağ bölgəsində ümumilikdə 18 min 440 nəfər müharibə iştirakçısı kimi qeydiyyata düşüb. Ağdamda müharibə iştirakçılarının ümumi sayı 4116 nəfər olmaqla ən çox göstəriciyə malikdir. Qarabağın digər rayonlarında isə göstəricilər aşağıdakı kimidir:

Ağcabədi rayonu 2830

Bərdə rayonu 3609

Füzuli rayonu 2760

Xocavənd rayonu 674

Şuşa rayonu 1103

Tərtər rayonu 2843

Xocalı rayonu 505

Ən az müharibə iştirakçısı olan iqtisadi rayonlar

Müharibədə iştirak etdiyi üçün təqaüd alan veteranlar ən az Dağlıq Şirvan iqtisadi rayonunda yaşayır. Burada ümumilikdə 4864 nəfər müharibədə iştirak edib. Bu bölgəyə daxil olan Ağsu rayonunda 1061, İsmayıllı rayonunda 1712, Qobustan rayonunda 604, Şamaxı rayonunda isə 1487 müharibə iştirakçısı var.

Şərqi Zəngəzur iqtisadi rayonunda da Birinci və İkinci Qarabağ müharibəsində iştirak edənlərin sayı digər regionlara nisbətən azdır. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonu üzrə ümumilikdə 6758 veteran var.

Digər iqtisadi rayonlar üzrə göstəricilər

Gəncə-Daşkəsən iqtisadi rayonu - 15354

Lənkəran-Astara iqtisadi rayonu - 9934

Mərkəzi Aran iqtisadi rayonu - 13 822

Mil-Muğan iqtisadi rayonu - 9240

Şəki-Zaqatala iqtisadi rayonu - 9161

Quba-Xaçmaz iqtisadi rayonu - 6860

Şirvan-Salyan iqtisadi rayonu - 9424

 

 

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər