Daxili İşlər Nazirliyinin əməkdaşları Quba rayonunun Digah kənd tam orta məktəbinin şagirdləri ilə görüşüblər. Bu haqda ShimalNews 18 yanvar tarixində məlumat verir.
Görüşdə çıxış edən Quba RPŞ-nin rəisi polis polkovniki Mehman Əliyev məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi barədə danışıb. RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi Rüstəm Hüseynov Polis Akademiyasında ali təhsil almaq arzusunda olan abituriyentlərə ətraflı məlumat verib.
Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib. Sonda şagirdlərin sualları cavablandırılıb.