Qubada saxlanılan Bakı sakininin üzərində avtomat və narkotik aşkarlanıb. Bu haqda ShimalNews 22 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Asmolov tutulub. Onun üzərindən “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.
Həmçinin Asmolovun üzərində 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/01/Sequence-01_122.mp4"][/video]