Daxili işlər naziri Vilayət Eyvazov Xaçmazda növbəti vətəndaş qəbulu və bölgə üzrə polis orqanlarında xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Bu barədə ShimalNews 17 dekabr tarixində məlumat verir.
Səfər çərçivəsində nazir 143 vətəndaşı dinləyib və 152 gənci polis orqanlarında xidmətə qəbul edib. İşə götürülənlərin 55-i Vətən müharibəsi iştirakçısıdır.