“Xanoba” gömrük postunda xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb. Bu barədə ShimalNews 27 dekabr tarixində Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
İxrac gömrük nəzarəti xəttinə daxil olan “Volvo” markalı yük avtomobilinə gömrük yoxlanışı keçirilib. Sürücünün üzərinə baxış zamanı gömrük orqanına bəyan edilməyən 5340 ABŞ dolları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.