top
Damı uçan, döşəməsi çökən Xaçmaz məktəbi təmir ediləcək?
23 avqust 2025, 09:25
- ↺ +

Damı uçan, döşəməsi çökən Xaçmaz məktəbi təmir ediləcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonu Rövşən İsrafilov adına Qobuqıraq kənd ümumi orta məktəbinin binası qəzalı vəziyyətdədir.

Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, 1941 ci ildə bünövrəsi qoyulan məktəb sonuncu dəfə 1988 ci ildə taxta materiallarla qismən yenilənib. Uzun illərdir qəzalı vəziyyətdə olan məktəb 130  şagird yerlik nəzərdə tutulsa da, hazırda təhsil ocağında 375 nəfər məktəbli oxuyur.

“Məktəbin qəzalı vəziyyətdə olması ilə yanaşı elektrik xətləri də, bərbad vəziyyətdədir. Dəfələrlə məktəbdə çalışan müəllimlər öz şəxsi büdcələri hesabına müəyyən çatışmazlıqları aradan qaldırıblar.

Hər il yeni məktəb binasının tikintisi ilə bağlı söz verilsə də, heç bir nəticə olmayıb. Görünən odur ki, bu il də kənd məktəbinin tikintisi baş tutmayacaq”,- deyə sakinlər bildiriblər.

Eyni zamanda valideynlər uşaqlarının təhlükəsizliyindən narahatdırlar. Valideynlərin iddialarına görə, ötən ayların birində sinif otağının döşəməsi çöküb. Nəticədə bir neçə şagird ayağından yüngül xəsarətlər alıb. Həmçinin güclü külək nəticəsində məktəbin dam örtüyü uçub. Məktəb hər an çökə bilər.

Məktəbin vəziyyəti ilə bağlı Shimal.News-un sorğusuna cavab verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahib bildirib ki, məktəbinin mövcud vəziyyətindən xəbərdardılar.

“Məktəbə baxış keçirilib, zəruri sənədləşdirmə işləri aparılıb və aidiyyəti qurumlara müraciət olunub. Qeyd edirik ki, təhsil müəssisələrinin tikintisi və təmiri növbəlilik və prioritetlik prinsiplərinə uyğun şəkildə həyata keçirilir”, - deyə o cavablayıb.

 

 


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər