Azərbaycanda bir neçə qoruğun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritə hazırlanacaq.
Report.аz-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Quba şəhərində “Quba Soyqırımı Memorial Kompleksi”nin, Zaqatala Tarix-Mədəniyyət Qoruğunun,
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritənin hazırlanması məqsədilə müvafiq komissiyalar yaradılıb.