top
“Burada kişi var?” sualı Qubada dava ilə bitdi - TƏFƏRRÜAT
13 noyabr 2025, 20:30
- ↺ +

“Burada kişi var?” sualı Qubada dava ilə bitdi - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda həmkəndlilər arasında mübahisə dava və məhkəmə ilə bitdi.

Demokrat.az-ın məlumatına görə, hadisə Qımılqışlaq kəndində mayın 5-də, saat 23:00 radələrində baş verib.

38 yaşlı Elxan həmkəndlisi Vaqifə (adlar şərtidir – red.) xəsarət yetirib. Nəticədə ona Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dostunun övladının ad günü məclisində spirtli içki qəbul edib və sonra kənddə yerləşən çay evinə bilyard oynamağa gedib:

“Bilyard oynayanda Vaqif sərxoş vəziyyətdə çay evinə  girdi. Mənim qarşıma keçərək “burada kişi var?” deyə sual verdi. Öz növbəmdə ona “sənə kişi lazımdır?” deyə cavab verdim. Mübahisəni davam etdirməkdən ötrü heç kimin olmadığı yerə, çölə çıxdıq. Orada aramızda dava oldu. Mübahisə bitdikdən sonra Vaqif yaşadığı evə getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra evinin qarşısında səs-küy gəldiyini eşidərək çölə çıxıb: “Çölə çıxanda səs salan şəxsin Vaqif olduğunu gördüm. Təkrar onunla aramızda söz mübahisəsi baş verdi”.

İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, mayın 5-də  Xaçmaz şəhərinə kredit borcunu ödəmək üçün gedib: “Daha sonra axşam yaşadığım əraziyə qayıtmaq üçün Xaçmaz şəhərindən taksi ilə gələrək kənddə yerləşən çay evinin qarşısına çatdım. Maşından düşərək çay içmək üçün çayxanaya girdim. Bu zaman orada həmkəndlim Elxanı gördüm. Onun qabağına keçərək, “burada kişi var” deyə bildirdim. Bu sözü Elxanın mənə borcu olduğuna, lakin ödəmədiyinə görə dedim”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu halı nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər