Martın 1-də Azərbaycan Pediatriya Cəmiyyətinin Quba-Qusar Regional İclası baş tutacaq.
Shimal.News xəbər verir ki, 2025-ci ilin ilk regional iclası Quba-Qusar bölgəsinin həkim-pediatrlarını bir araya gətirəcək.
Bu toplantıda pediatriyanın müxtəlif sahələrini əhatə edən aktual mövzular üzrə maraqlı çıxışlar olacaq və ən son pediatrik yeniliklər müzakirə ediləcək.
Toplantıda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat linki : https://docs.google.com/.../1FAIpQLSereSrROo7.../viewform...