Xəbər verdiyimiz kimi, bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İdman Paytaxtı” Qubada konsert keçiriləcək.
Shimal.News xəbər verir ki, III İdman Festivalı çərçivəsində noyabrın 23-də də konsert olacaq.
Sabah Nizami parkında baş tutacaq tədbirdə Azad Şabanov və Elçin Cəfərov çıxış edəcəklər.
Qeyd edək ki, hər iki konsert saat 17:00-da başlayacaq.