Quba-Alpan yolunda Novruz bayramına həsr edilmiş “Novruz qaçışı” keçiriləcək. Bu haqda ShimalNews 18 mart tarixində məlumat verir.
Bu gün saat 11:00-da rayon əhalisi və həvəskarlar tədbirə qatılacaqlar. İştirak etmək üçün “watsapp” qrupunun linkinə (https://chat.whatsapp.com/FnFApYtT8l51OOAGIHWBH3) daxil olub ad, soyad və təvəllüdü qeyd etmək kifayətdir.
Təşkilatçılıq Quba Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və “Sirab” ASC-nin dəstəyi ilə təmin ediləcək.