Qubada Zəfər Günü münasibətilə konsert təşkil olunacaq.
Shimal.News xəbər verir ki, saat 15:00-da “ASAN xidmət” mərkəzinin qarşısında respublikamızın bir sıra tanınmış incəsənət ustalarının və populyar müğənnilərin iştirak ilə konsert proqramı təşkil ediləcək.
Daha sonra isə saat 18:00-da “Quba meydanı" mədəniyyət və istirahət parkında tanınmış DJ-in iştirakı ilə bayram şənliyi, eləcə də şou proqramlar keçiriləcək.