Quba rayonunda festival keçiriləcək.
ShimalNews-un məlumatına əsasən, “BİRLİK” Regional Festivalı avqustun 21-də baş tutacaq. Tədbir zamanı gənclər vörkşoplarda, açıq hava konsertlərində və sərgilərdə iştirak edəcəklər.
Festival daha 4 fərqli regionda - Ağstafa, Gəncə, Sabirabad və Mingəçevirdə təşkil olunacaq. Əsas məqsəd regionda yaşayan gənclərin peşəkar və yumşaq bacarıqlarını artırmaq, gələcək karyera hədəflərinə dəstək olmaqdır.