top
“Bilim Quba” açıldı
14 may 2025, 12:27
- +

“Bilim Quba” açıldı

“Bilim Quba” mərkəzi fəaliyyətə başlayıb.

Shimal.News xəbər verir ki, Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəz “Bilim Azərbaycan” layihəsi çərçivəsində yaradılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu Hıdır, azərbaycanlı və türkiyəli digər rəsmilər iştirak ediblər.

Məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi-texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır.

Regionda yaşayan şagirdlər üçün əlçatan və keyfiyyətli texnoloji təhsil imkanlarını yaratmaq da əsas hədəflərdir. Burada “Təbiət elmləri laboratoriyası”, “Riyaziyyat laboratoriyası”, “Astronomiya, kosmos və aviasiya laboratoriyası”, “Dizayn laboratoriyası” olmaqla 4 laboratoriya fəaliyyət göstərir. Hər birində 20 nəfərə, ümumilikdə isə 80 şagirdə eyni vaxtda xidmət imkanı var.

Mərkəzdə həmçinin gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən “Deneyap texnologiya proqramı” həyata keçirilir. 2025-ci ilin aprel ayında Quba şəhərində təşkil olunan seçim imtahanında iştirak edən 1000 şagird sırasından müəyyən edilmiş 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərdə iştirak edəcəklər.

Xatırladaq ki, “Bilim Azərbaycan” layihəsi 23 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Məqsəd 6–14 yaş arası uşaqlarda texnologiya, elm, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları XXI əsrin tələblərinə cavab verəcək bilik və bacarıqlarla təchiz etməkdir.

Onu da qeyd edək ki, “Bilim Azərbaycan” modelinin ilk nümunəsi olan “Bilim Bakı” mərkəzi 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı, professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. Bu uğurlu modelin davamı olaraq artıq ikinci mərkəz kimi “Bilim Quba” bölgədə fəaliyyətə başlayır.

 

 

 

Son xəbərlər

Hadisə
Dünən, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
Dünən, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
Dünən, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
Dünən, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
Dünən, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
Dünən, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Dünən, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Dünən, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Dünən, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Dünən, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Dünən, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
15 sentyabr 2026, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
15 sentyabr 2026, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
15 sentyabr 2026, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
15 sentyabr 2026, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
15 sentyabr 2026, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
15 sentyabr 2026, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
15 sentyabr 2026, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
15 sentyabr 2026, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
15 sentyabr 2026, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
15 sentyabr 2026, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
15 sentyabr 2026, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
15 sentyabr 2026, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
15 sentyabr 2026, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Oxşar xəbərlər